Rusiya və ABŞ iyulun 9-u, Dəməşq vaxtı ilə saat 12:00-dan etibarən Suriyanın cənubunda atəşkəs rejiminə dair razılığa gəliblər.
VOİCEPRESS bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov G20 zirvəsinə qatıldığı Hamburqda bəyan edib.
Lavrov bildirib ki, Deraa və Əl-Kuneytra zonalarında yerli vaxtla saat 12:00-dan etibarən atəşkəs rejimi tətbiq ediləcək.
“ABŞ orada olan qruplaşmalar tərəfindən atəşkəs rejiminə əməl edilməsinin öhdəliyini öz üzərinə götürüb” – Lavrov deyib.
Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş keçirilib. Görüşdə Suriya və Ukrayna, terrorizmlə mübarizə, kibertəhlükəsizlik məsələləri müzakirə edilib.
VOİCEPRESS.AZ