DOLAR
49,25 ₺
EURO
55,37 ₺
STERLİN
65,34 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

İranda güclü zəlzələ: 16 nəfər yaralandı

Bu gün səhər İranın Həmədan əyalətinin Nəhavənd şəhərində 4,7 bal gücündə zəlzələ baş verib.VOİCEPRESS xəbər verir ki, yeraltı təkanların episentri Nəhavənd…

|
İranda güclü zəlzələ: 16 nəfər yaralandı

Bu gün səhər İranın Həmədan əyalətinin Nəhavənd şəhərində 4,7 bal gücündə zəlzələ baş verib.

VOİCEPRESS xəbər verir ki, yeraltı təkanların episentri Nəhavənd şəhərinin 4 kilometrliyində yerləşən Kuhani kəndinə təsadüf edib və 2 km dərinlikdə olub.

Zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəlib. İnsanlar qorxaraq küçələrə axışıb. Müxtəlif səbəblərdən 16 nəfər yaralanıb və onlar xəstəxanaya yerləşdirilib.

Nəhavənd şəhərində bütün təhlükəsizlik qüvvələri və xilasedicilər hazırlıq vəziyyətinə gətirilib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR