DOLAR
49,25 ₺
EURO
55,37 ₺
STERLİN
65,34 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Qırğızıstanda torpaq sürüşməsi olub – 24 nəfər ölüb

Qırğızıstanın Oş əyalətinin Uzgen rayonunun Ayuu kəndində təkrar torpaq sürüşməsinin baş verəcəyi təhlükəsi ilə əlaqədar 85 nəfər əyalətdən təhlükəsiz…

|
Qırğızıstanda torpaq sürüşməsi olub – 24 nəfər ölüb

Qırğızıstanın Oş əyalətinin Uzgen rayonunun Ayuu kəndində təkrar torpaq sürüşməsinin baş verəcəyi təhlükəsi ilə əlaqədar 85 nəfər əyalətdən təhlükəsiz ərazilərə təxliyə olunacaq.

Bu barədə VOİCEPRESS TASS-a istinadən xəbər verir.

x x x

Bu gün yerli vaxtla saat 6:40-da Qırğızıstanın Oş əyalətinin Uzgen rayonunun Ayuu kəndində güclü torpaq sürüşməsi olub.

Trend-in məlumatına görə, RİA Novosti Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, 11 ev torpaq altında qalıb.

İlkin məlumatlara görə, torpaq altında qalan 4 ev boş olub. Bildirilir ki, torpaq altında 6 ailənin üzvləri qalıb, onların 9-u uşaqdır.

Verilən məlumatlara görə, torpaq sürüşməsi nəticəsində 24 nəfər həlak olub.

Rəsmi qurumlar torpaq sürüşməsinin təkrarlanmasını inkar etmirlər. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR