“İnterpol Viktor Yanukoviçin axtarışda olmadığını təsdiqləyib. Bildirilib ki, onun və oğlunun həbs edilməsi barədə heç bir sorğu daxil olmayıb”, – deyə Y. Kirasir yazıb.
Qeyd edək ki, V. Yanukoviç 2010-2014-cü illərdə Ukrayna prezidenti vəzifəsdində çalışıb. 2015-ci ildən onun barəsində Uklraynada bir neçə cinayət işi başlanıb. 2015-ci il 20 yanvarda Kiyevdə keçirilən məhkəmənin qərarı ilə V. Yanukoviç barədə həbs qərarı verilib. O, ölkəni 106 nəfərin ölümü ilə nəticələnən Maydan hadisələrində günahlandırılıb. Həmin vaxtdan İnterpol onun və oğlunun barəsində axtarış elan edib.
VOİCEPRESS.AZ