Rusiyanın paytaxtı Moskvanın şimal-şərqində “Rio” ticarət-əyləncə mərkəzində baş vermiş yanğın nəticəsində biri uşaq, 1 nəfər FHN əməkdaşı olmaqla 18 nəfər xəsarət alıb.
VOİCEPRESS-in məlumatına görə, yanğın ticarət mərkəzinin -1 mərtəbəsində başlayıb və yanğının sahəsi təxminən min kvadrat metr təşkil edib.
Xəsarət alanlardan 14 nəfər xəstəxanaya yerləşdirilib, 4 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Yanğının baş vermə səbəbləri hələ məlum deyil, araşdırma aparılır.
VOİCEPRESS.AZ