DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Monqolustanda prezident seçkilərində müxalif namizəd qalib gəldi

Monqolustanda prezident seçkilərinin ikinci turunda müxalif Demokrat Partiyasının namizədi Haltmaagiyn Battulqa qalib gəlib.VOİCEPRESS xəbər verir ki, səslərin…

|
Monqolustanda prezident seçkilərində müxalif namizəd qalib gəldi


Monqolustanda prezident seçkilərinin ikinci turunda müxalif Demokrat Partiyasının namizədi Haltmaagiyn Battulqa qalib gəlib.

VOİCEPRESS xəbər verir ki, səslərin 99,94%-nin hesablanmasından sonra Ali Seçki Komitəsi tərəfindən açıqlanmış rəqəmlər bunu deməyə əsas verir.

Bildirildiyinə görə, Battulqa səslərin 50,6%-ni toplaya bilib. Bu isə seçkidə iştirak etmiş 601 min 541 seçicinin səsi deməkdir. Monqolustan Xalq Partiyasının namizədi Miyeeqombın Enxbold cəmi 496 min 940 səs (41,2%) toplaya bilib. Yerdə qalan bülletenlər boş qalıb.

Seçkilərin yekun nəticələri səslərin 100%-i hesablandıqdan sonra açıqlanacaq.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR