İspaniyanın Pampolna şəhərində dünyaca məşhur San-Fermin festivalı davam edir. Bu festival korridaları və ən başlıcası, buğaların şəhər küçələrinə buraxılması ilə tanınır.
VOİCEPRESS El Mundo-ya istinadən bildirir ki, 3 gün əvvəl başlanmış builki festivalda 4 nəfər yaralanıb. Onların ikisi pikador və matador, ikisi isə şəhər küçələrində buğaların önündə qaçarkən buynuzlanmış şəxslərdir.
Bu axşam Pamplonada yeni korrida olacaq.
VOİCEPRESS.AZ