VOİCEPRESS xəbər verir ki, o, Pentaqonun rəhbəri Ceyms Mettisdən eksklüziv müsahibə almağı bacarıb. Məktəbli buna “Vaşinqton Post”da dərc olunmuş şəkil sayəsində nail olub. Şəkildə Prezident Donald Trampın əlində sənədlərlə dolu qovluq olan cangüdəni təsvir olunub. Teddi şəkli bir qədər böyütməklə oradan müdafiə naziri və onun nömrəsini əldə edə bilib:
“Bundan sonra hər şey möcüzə kimi baş verdi. Mən zəng edərkən həyəcanımı gizlədə bilmirdim. Telefonda onun səsini eşidəndə hələ də məndə hər şeyin alındığına inanmırdım”.
Teddi Fişer Mettisə yazılı mesaj göndərərək ondan müsahibə almaq istədiyini bildirib. Razılıq alan məktəbli Pentaqon rəhbəri ilə 45 dəqiqədən artıq söhbət edib. O, nazirə beynəlxalq və xarici siyasətlə bağlı bir çox suallar ünvanlayıb.
Məsələn, Ceyms Mettis Teddiyə deyib ki, əgər Əfqanıstan və Suriyadakı uşaqların təhsilini amerikalılara həvalə etsələr, onda radikal ideologiyalarla mübarizə aparmaq daha rahat olacaq.
VOİCEPRESS.AZ