Ötən gecə Egey dənizində güclü zəlzələ olub.
VOİCEPRESS “Mirror”a istinadla bildirir ki, zəlzələ Yunanıstanda və Türkiyədə hiss edilib.
Zəlzələnin gücü 6,7 bal olub. Yearltı təkanların episentri Kos adasından 16,2 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Yunanıstanda Kos adasında zəlzələ nəticəsində 2 nəfər həlak olub, 120-dən çox insan xəsarət alıb.
Türkiyədə zəlzələdən sonra 70-ə yaxın insan xəstəxanaya müraciət edib. Zəlzələ nəticəsində Bodrumda kiçik sunami yaranıb. Turistlər dənizi tərk etmək məcburiyyətində qalıblar.
VOİCEPRESS.AZ