DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Dünyanın ən təhlükəli 10 çimərliyi

VOİCEPRESS xarici KİV-ə istinadən dünyanın 10 ən təhlükəli çimərliyinin siyahısını təqdim edir:1. Avstraliyanın şimal sahilləri və Tivi arxipelaqı. Burada…

|
Dünyanın ən təhlükəli 10 çimərliyi

VOİCEPRESS xarici KİV-ə istinadən dünyanın 10 ən təhlükəli çimərliyinin siyahısını təqdim edir:
1. Avstraliyanın şimal sahilləri və Tivi arxipelaqı. Burada istirahət edənlər zəhərli meduzalar və köpək balıqlarının hücumuna məruz qala bilər.
2. Cənubi Afrika sahilləri. Burada da çimərkən insan köpək balıqları ilə üz-üzə gələ bilər.

3. Meksikanın Zipolit çimərkilərin. Buranın problemi isə çox sürətli su cərəyanlarıdır.

4. Avstraliyadan çox da uzaqda olmayan Marşal adaları və Bikini mərcan adaları. 1946-1958-ci illərdə amerikalılar burada çoxsaylı atom sınağı keçirdiyi üçün radiasiya fonu yüksək olaraq qalır.

5. ABŞ-ın Florida ştatındakı çimərlikləri. Burada istirahət edənləri ya köpək balıqları qarşılayır, ya da ildırım vurur.

6. Braziliyanın Kopakabana çimərliklərini (Rio de Janeyro). Buranın problemi isə köpək balıqları və natəmizlik yox, cinayətkarlıqdır.

7. Honq Konqun Repulse Bay çimərlikləri. Buranın yeganə problemi isə antisanitariyadır.

8. Braziliya çimərlikləri. San Paulunun çaykənarı çimərliklərində dincələnlərə piranhalar hücum edə bilər (Bu fəsilədən olan balıqların ölçüsü 30 sm, kütləsi isə 2 kq-a çatır. Qana çox həssas olan bu balıqlar insana da hücum edir).
9. ABŞ qərarlaşıb. Virciniya çimərliklərində dincələnlər ac tülkülərin hücumuna məruz qala bilər.

10. Avstraliyanın Brum şəhərindəki Cable Beach çimərliyi. Burada dincələnlərin isə hər an timsahlarla üz-üzə gəlmək təhlükəsi var.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR