Cənubi Koreya: KXDR naməlum raket buraxıb
Cənubi Koreya Şimali Koreya tərəfindən naməlum raket buraxılışını qeydə alıb.VOİCEPRESS bu barədə "RİA Novosti"yə istinadən xəbər verir."Bu gün yerli vaxtla saat 07:36-da Şimali Koreya Yapon dənizi istiqamətində naməlum raket buraxıb", - məlumatda deyilir.Agentliyin məlumatına görə, istisna deyil ki, bu, qitələrarası ballistik raketin (KN-08 və ya KN-14) sınaq buraxılışı olub.VOİCEPRESS.AZ