DOLAR
49,27 ₺
EURO
55,17 ₺
STERLİN
65,31 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Trampın gözlənilməz bəyanatı xüsusi xidmət orqanlarını çaşbaş saldı

Obama seçkilərə bir ay qalmış telefonların dinlənilməsi ilə bağlı göstəriş veribABŞ prezidenti Donald Trampın sabiq prezident Barak Obamanın göstərişi ilə onun…

|
Trampın gözlənilməz bəyanatı xüsusi xidmət orqanlarını çaşbaş saldı

Obama seçkilərə bir ay qalmış telefonların dinlənilməsi ilə bağlı göstəriş verib

ABŞ prezidenti Donald Trampın sabiq prezident Barak Obamanın göstərişi ilə onun telefon danışıqlarının seçkiqabağı kampaniya zamanı dinlənilməsi ilə bağlı bəyanatı xüsusi xidmət orqanlarını çaşbaş salıb.

VOİCEPRESS–in məlumatına görə, bu barədə Fox News telekanalı şəxsi mənbəsinə istinadən xəbər yayıb.

Telekanalın məlumatına görə, xüsusi xidmət orqanlarının yüksək rütbəli əməkdaşları başa düşmürlər ki, Tramp telefonların dinlənilməsi ilə bağlı açıqlama verərkən o, nəyi nəzərdə tuturdu.

Mənbə bildirib ki, prezident ittiham edərkən həmin şəxslərlə bağlı heç bir məsləhətləşmələr aparmayıb.

Donald Tramp martın 4-də Twitter hesabında yazıb ki, eks-prezident Barak Obama seçkilərə bir ay qalmış telefonların dinlənilməsi ilə bağlı göstəriş verib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR