DOLAR
49,27 ₺
EURO
55,17 ₺
STERLİN
65,31 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Fransada TƏTİL – 300 aviareys təxirə salınır

Fransanın hava limanlarında elan olunmuş dörd günlük tətillə əlaqədar 300-ə yaxın reys təxirə salınacaq.VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, tətil…

|
Fransada TƏTİL – 300 aviareys təxirə salınır

Fransanın hava limanlarında elan olunmuş dörd günlük tətillə əlaqədar 300-ə yaxın reys təxirə salınacaq.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, tətil əsasən ölkənin cənubunda və qərbindəki hava limanlarına təsir edəcək.

Məlumatda qeyd olunur ki, təkcə bu gün ümumi uçuşların 4 faizi təxirə salınır.

“Air France” aviaşirkəti öz reyslərinin 20 faizini təxirə salıb. Tətilin ikinci günündə Nitsa və Marsel hava limanlarının uçuşları təxirə salacağı bildirilib.

Tətil martın 10-da başa çatdırılacaq. Həmin günədək Paris aeroportlarında da uçuşların təxirə salınacağı gözlənilir.

Qeyd edək ki, Fransanın Brest, Bordo və Eks-an-Provans hava limanlarının əməkdaşları tətil elan ediblər. Onlar iş saatlarının azaldılmasını və iş şərtlərinin yaxşılaşdırılmasını tələb edirlər.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR