Makron Fransada prezident seçkilərində qələbə qazanıb
"İrəli" hərəkatının banisi Emmanuel Makron prezident seçkilərinin ikinci turunda 65,82% nəticə ilə qalib gəlib.VOİCEPRESS bildirir ki, bu haqda Fransa Daxili İşlər Nazirliyinin son məlumatlarında bildirilir.35 milyon bülletenin (98,26%) hesablanmasının yekunlarına görə Makron 20,4 milyon səs qazanıb."Milli cəbhə" partiyasının lideri Marin Le Pen 10,6 milyon səslə seçicilərin 34,18% səsini qazanıb.VOİCEPRESS.AZ