Millət vəkili Qənirə Paşayeva Türkiyədə Əhməd Cavadın 125 illik yubileyi ilə bağlı geniş məruzə edib
Türkiyənin Qars vilayətində Qafqaz Universitetində Azərbaycanın və bütün Türk dünyasının böyük aydını, milli istiqlal şairimiz Əhməd Cavadın 125 illik yubileyi ilə bağlı tədbir keçirilib. VOİCEPRESS xəbər verir ki, tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili Qənirə Paşayeva Əhməd Cavadın həyatı, fəaliyyəti, yaradıcılığı, onun Azərbaycan Cumhuriyyətinin qurulması və qardaş Türkiyə üçün göstərdiyi böyük xidmətlərdən, böyük [...]