Azərbaycanlı biznesmendən Kiyevə buraxılmayan rus jurnalistlərə dəstək
"Məncə, rusiyalı jurnalistlərin Ukraynaya buraxılmaması özbaşınalıqdır". VOİCEPRESS-in "Komsomolskaya Pravda"ya istinadla verdiyi məlumata görə, bunu Rusiyada yaşayan azərbaycanlı milyonçu Araz Ağalarov deyib. Tanınmış müğənni və bəstəkar Eminin atası, iş adamı may ayının 7-də Kiyevdə keçiriləcək müsabiqəyə getməyə hazırlaşan, lakin qatardan son anda endirilən "Komsomolskaya pravda"nın əməkdaşlarına dəstək nümayiş etdirib."Məntiqlə mədəniyyət bütün dünyanı birləşdirməlidir. Ola bilər ki, [...]