Səudiyyə Ərəbistanında terror əməliyyatı: 2 terrorçu ölüb
Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Ər-Riyadda "İslam dövləti" qruplaşması ilə bağlı olan terror "özəyi" aşkar ediblər.VOİCEPRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda krallığın təhlükəsizlik xidmətinin yaydığı bəyanatda deyilir.Məlumata görə, əməliyyat zamanı 2 terrorçu öldürülüb, daha beş nəfər saxlanılıb.Qeyd edək ki, terrorçulardan biri polis onu mühasirəyə aldıqdan sonra özünü partladıb.VOİCEPRESS.AZ