DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Donald Tramp Yaponiyada pərt oldu

ABŞ Prezidenti Donald Tramp Yaponiyaya səfərinin ikinci günü pərt olub.VOİCEPRESS xəbər verir ki, rəsmi qəbul zamanı digər xarici siyasətçilər kimi, D.Trampı…

|
Donald Tramp Yaponiyada pərt oldu

ABŞ Prezidenti Donald Tramp Yaponiyaya səfərinin ikinci günü pərt olub.

VOİCEPRESS xəbər verir ki, rəsmi qəbul zamanı digər xarici siyasətçilər kimi, D.Trampı da koi karplarının – dekorativ balıqların yaşadığı nohura gətiriblər.

Burada Yaponiyanın Baş naziri Sindzo Abedən fərqli olaraq, ABŞ Prezidentinin karpları yedirtməyə hövsələsi çatmayıb və əlindəki qutuda olan yemi nohura boşaldıb.

Rəsmilər zalı tərk edən kimi İmperator sarayının əməkdaşları gölü təmizləməyə başlayıblar. Çünki həddindən artıq yem karplara ziyandır.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR