DOLAR
49,25 ₺
EURO
55,37 ₺
STERLİN
65,34 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Dneprdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş fleşmob keçirilib

Ukraynanın Dnepr (keçmiş Dnepropetrovsk) şəhərində azərbaycanlı və yerli gənclərin təşəbbüsü və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Ulu Öndər…

|
Dneprdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş fleşmob keçirilib

Ukraynanın Dnepr (keçmiş Dnepropetrovsk) şəhərində azərbaycanlı və yerli gənclərin təşəbbüsü və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Sən zirvələr liderisən” adlı fleşmob keçirilib.

Səfirlikdən VOİCEPRESS-ə verilən məlumata görə, fleşmobu Alfred Nobel adına Dnepr Milli Universitetinin tələbələri ilə azərbaycanlı gənclər Ulu Öndərin anadan olmasının 94-cü ildönümünə həsr ediblər. Azərbaycan və Ukrayna bayraqları ilə sözügedən şəhərin mərkəzi meydanında bir araya gələn gənclər Dneprin ən uca binasının üstünə qalxaraq, göydələnin üzərinə Ümummili Lider Heydər Əliyevin portiretini asıblar.

Gənclər havaya Azərbaycan bayrağının rənglərini özündə əks etdirən şarlar buraxmaqla, müstəqil dövlətimizin qurucusu və baş memarının xatirəsinə dərin sevgi və məhəbbətlərini ünvanlayıblar.


VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR