DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Çin-Hindistan sərhədində GƏRGİNLİK

Çinin xarici işlər nazirliyi bir qrup hindistanlı sərhədçini ölkə sərhədini qanunsuz keçməkdə günahlandırıb və Hindistan hökumətindən tələb edib ki, onlar…

|
Çin-Hindistan sərhədində GƏRGİNLİK

Çinin xarici işlər nazirliyi bir qrup hindistanlı sərhədçini ölkə sərhədini qanunsuz keçməkdə günahlandırıb və Hindistan hökumətindən tələb edib ki, onlar ÇXR-in ərazisini dərhal tərk etsinlər.

VOİCEPRESS məlumatına görə, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Qen Şuanın bəyanatında deyilir.

“Çin Hindistanı ölkə sərhədləri barədə razılığa əməl etməyə, ÇXR-in ərazi bütövlüyünə hörmətlə yanaşmağa, sərhədi qanunsuz keçən hərbçi qulluqçuları dərhal geri qaytarmağa və Çin-Hindistan sərhədində sülhün qorunması üçün insidenti dəqiq araşdırmağa çağırır”, – bəyanatda deyilir.

Qeyd olunur ki, sərhədçilər Çin-Hindistan sərhədini Sikkim ştatı ərazisində keçiblər.

Qen Şuan əlavə edib ki, Çin tərəfi lazımi cavab tədbirləri görməyə hazırdır.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR