VOİCEPRESS xəbər verir ki, bu barədə bəyanatı Səudiyyə Ərəbistanının husilərə qarşı rəhbərlik etdiyi ərəb koalisiyası yayıb. Bəyanatda Səudiyyə Ərəbistanının İrana cavab vermək və özünü müdafiə etmək haqqının olduğu vurğulanıb:
“Koalisiyanın komandanlığı hesab edir ki, raket buraxılışı İran rejimi tərəfindən həyata keçirilən hərbi aqressiyadır və gələcəkdə Səudiyyə Ərəbistanına qarşı müharibə aktı nəzərdən keçirilə bilər. Bu, həmçinin, BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Krallığa öz ərazisi və xalqını müdafiə etmək haqqı verir. Krallıq İrana lazım olacağı halda beynəlxalq hüquqa əsaslanaraq cavab verəcək”.
Qeyd edək ki, bundan öncə husilər Ər-Riyada raket zərbəsi endirmək istəyib. Onların buraxdığı raket Səudiyyə Ərəbistanı tərəfindən məhv edilib. Bundan sonra Ər-Riyad İranın dəstəklədiyi husi liderlərinin başı üçün milyonlarla dollarlıq mükafat təyin edib.
VOİCEPRESS.AZ