VOİCEPRESS xəbər verir ki, bunu Rusiya Diplomatlar Assosiasiyasının sədr müavini Andrey Baklanov Aleksey Yerxovun Türkiyəyə səfir təyin edilməsini şərh edərkən deyib.
“O çox təcrübəli Ərəb ölkələri üzrə mütəxəssisdir, ərəb dilində gözəl danışır, xüsusilə də Misir ərəbcəsində. Bu da Yerxova intensiv diplomatik danışıqlar aparmağa, düzgün analizlər etməyə imkan yaradacaq. Türkiyə çox çətin bir ölkədir, amma Yerxov orada uzun müddət fəaliyyət göstərib və həm Türkiyə xarici siyasətini, həm də yüksək səviyyəli rəsmilərinin xüsusiyyətlərini çox yaxşı bilir ki, çoxunu da şəxsən tanıyır”, – Baklanov qeyd edib.
VOİCEPRESS.AZ