DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Avropa Parlamentindən Ermənistanın Alxanlıdakı son təxribatı ilə bağlı BƏYANAT

Avropa Parlamentinin komitə sədrləri iyulun 4-də erməni silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərə qarşı…

|
Avropa Parlamentindən Ermənistanın Alxanlıdakı son təxribatı ilə bağlı BƏYANAT

Avropa Parlamentinin komitə sədrləri iyulun 4-də erməni silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərə qarşı törətdikləri təxribatla bağlı bəyanat yayıblar.

VOİCEPRESS bildirir ki, Avropa Parlamentinin təmsilçiləri bu həftə Ermənistan və Azərbaycan arasında baş verən güc tətbiqindən narahat olduqlarını bildiriblər.

Bəyanat müəllifləri münaqişə tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR