DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Avropa Komissiyası və “Şərq tərəfdaşlığı” üzv ölkələri enerji effektivliyi məsələlərini müzakirə edib

Avropa İttfaqı (Aİ) ilə "Şərq tərəfdaşlığı" üzv ölkələri arasında enerji effektivliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə həsr olunmuş qeyri-rəsmi…

|
Avropa Komissiyası və “Şərq tərəfdaşlığı” üzv ölkələri enerji effektivliyi məsələlərini müzakirə edib

Avropa İttfaqı (Aİ) ilə “Şərq tərəfdaşlığı” üzv ölkələri arasında enerji effektivliyi sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə həsr olunmuş qeyri-rəsmi dialoq çərçivəsində Aİ-nin genişlənmə məsələləri və mehriban qonşuluq siyasəti üzrə ali komissarı Yohannes Han Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və “Şərq tərəfdaşlığı” ölkələrinin digər nümayəndələri ilə görüşüb.
VOİCEPRESS
xəbər verir ki, görüş iyulun 10-da Kişinyovda “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər və energetika nazirliklərinin rəhbərlərinin 9-cu qeyri-rəsmi iclasında keçirilib.

Y.Han qeyd edib ki, Aİ tərəfdaş-ölkələrə enerji effektivliyinin gücləndirilməsi ilə bağlı dəstək göstərməkdə davam edəcək:

“Bu sahədə iqtisadi cəhətdən effektiv siyasətin tətbiq edilməsi enerji təhlükəsizliyinin artırılması, rəqabətqabiliyyətlilik, iqtisadi artımın stimullaşdırılması iş yerlərinin yaradılmasının əsas amillərindən biridir, eləcə də iqlim dəyişikliyinin qarşısının alınmasına xidmət edir”.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR