DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

ATƏT baş katibsiz qaldı

İyulun 1-dən ATƏT baş katibsiz qalıb.VOİCEPRESS xəbər verir ki, Lamberto Zanyerin səlahiyyət müddəti iyunun 30-da başa çatıb. Ancaq ATƏT üzvləri yeni baş…

|
ATƏT baş katibsiz qaldı

İyulun 1-dən ATƏT baş katibsiz qalıb.

VOİCEPRESS xəbər verir ki, Lamberto Zanyerin səlahiyyət müddəti iyunun 30-da başa çatıb.

Ancaq ATƏT üzvləri yeni baş katibin seçilməsi məsələsində razılığa gələ bilməyiblər. ABŞ və Rusiya da daxil olmaqla, ATƏT-in 57 təşkilatda bir sıra rəhbər vəzifələrə təyinatla bağlı “paket razılaşma” əldə edə bilməyib. Baş katiblə bərabər, Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Büronun rəhbəri, milli azlıqlarla iş üzrə komissar və ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi postları da boşdur.

ATƏT xarici işlər nazirlərinin iyulun 11-də Vyanada keçiriləcək görüşü kadr məsələlərinin həlli üçün növbəti imkan olacaq. Baş katib postuna ən real namizəd İsveçrənin ATƏT-dəki sabiq daimi nümayəndəsi Tomas Qreminqer sayılır.

L. Zanyer yaranmış vəziyyətin ATƏT daxilində ciddi parçalanmanın olduğunu göstərdiyini bildirib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR