Qəfildən başlayan külək aparıcıya çətin anlar yaşadıb
İrlandiya televiziyalarınıdan birində canlı yayım zamanı maraqlı hadisə baş verib. VOİCEPRESS-in məlumatına görə, TV3 -də hava proqnozunu açıq havada təqdim edən aparıcı Derika Hartiqanı güclü külək kadrdan çıxararaq yıxıb. Külək qəfildən başladığından aparıcı buna hazırlıqsız olub və nəticədə onun çətiri də sınıb.
Sonradan bu görüntüləri You Tube kanalında paylaşan “zərərçəkən” – “Ana təbiət yenidən qalib gəldi ” qeydini edib.
VOİCEPRESS.AZ