DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Altı ərəb ölkəsindən Qətərlə bağlı şok məktub

Altı ərəb ölkəsi FİFA-ya məktub ünvanlayıb. VOİCEPRESS xəbər verir ki, bu barədə ali futbol qurumunun prezidenti Cianni İnfantino məlumat verib.O, bildirib ki…

|
Altı ərəb ölkəsindən Qətərlə bağlı şok məktub

Altı ərəb ölkəsi FİFA-ya məktub ünvanlayıb. VOİCEPRESS xəbər verir ki, bu barədə ali futbol qurumunun prezidenti Cianni İnfantino məlumat verib.

O, bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Mavritaniya və Liviyanın ortaq hazırladığı məktubda DÇ-2022-nin Qətərdən alınmasının vacibliyi vurğulanıb.

Müttəfiqlər FİFA-ya Qətərdə keçirilməsi planlaşdırılarn mundialın terror təhlükəsi səbəbindən riskli ola biləcəyini bildiriblər. Bu səbəbdən azarkeşlərin təhlükəsizliyini nəzərə alaraq futbol bayramının bu ölkədə olmamasının doğru olacağını qeyd ediblər.

Xatırladaq ki, 6 ərəb ölkəsi – BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Yəmən və Liviya Qətəri terrora dəstək verməkdə ittiham edərək, onunla bütün diplomatik əlaqələri kəsiblər.

Qeyd edək ki, Dünya Çempionatının 2022-ci ildə 21 noyabr – 18 dekabr tarixləri arasında keçirilməsi planlaşdırılıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR