DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

3 nazir futbol oyununa görə işdən çıxarıldı

Portuqaliyada üç nazir 2016-cı ildə Fransada keçirilən futbol üzrə Avropa Çempionatında milli komandanın oyunlarını izlədiyi üçün istefa vermək məcburiyyətində…

|
3 nazir futbol oyununa görə işdən çıxarıldı

Portuqaliyada üç nazir 2016-cı ildə Fransada keçirilən futbol üzrə Avropa Çempionatında milli komandanın oyunlarını izlədiyi üçün istefa vermək məcburiyyətində qalıb.
VOİCEPRESS xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Antonio Costa hər üç nazirin – maliyyə işlərindən məsul dövlət naziri Fernando Rocha, sənayedən məsul dövlət naziri Joao Vasconcelos və beynəlxalq əlaqələrdən məsul dövlət naziri Jorge Costanın istefa ərizəsini qəbul edib.

Qeyd olunub ki, nazirlər “Galp” adlı neft şirkətinin dəvəti və maliyyə dəstəyi ilə Portuqaliya millisinin oyunlarını izləmək üçün Fransaya gedib. Ölkə prokurorluğunun apardığı araşdırmadan sonra hər üç nazir çəkilən xərci şirkətə geri qaytarıb.

Xatırladaq ki, Portuqaliyadakı sosialist hökumət 2016-ci ilin sonunda yeni qanun qəbul edərək rəsmi şəxslərin dəvətnamə və hədiyyə almasına ciddi məhdudiyyətlər qoyub.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR