DOLAR
50,77 ₺
EURO
55,69 ₺
STERLİN
66,76 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Ukrayna Rusiyanın “İsgəndər” raketləri üçün yanacaq komponentləri istehsal edən müəssisəni vurdu

Ukrayna ordusu Rusiyanın Tula vilayətində yerləşən “Yefremov sintetik kauçuk zavodu”na zərbə endirib. VOİCEPRESS xəbər verir ki, bu barədə…

|
Ukrayna Rusiyanın “İsgəndər” raketləri üçün yanacaq komponentləri istehsal edən müəssisəni vurdu

Ukrayna ordusu Rusiyanın Tula vilayətində yerləşən “Yefremov sintetik kauçuk zavodu”na zərbə endirib.

VOİCEPRESS xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.

Bildirilib ki, hücum Rusiyada fəaliyyət göstərən “Çornaya İskra” müqavimət hərəkatı ilə birgə həyata keçirilib. Sözügedən müəssisə, o cümlədən “İsgəndər” ballistik raketləri üçün bərk yanacaq istehsalında iştirak edir. Zavoda dəymiş ziyanın miqyası dəqiqləşdirilir.

Bundan əlavə, Baş Qərargah noyabrın 23-də Rostov vilayətində yerləşən Novoşaxtinsk neft emalı zavoduna endirilən zərbənin nəticələrini də açıqlayıb. Məlumata görə, hücum nəticəsində 20 yanacaq rezervuarı məhv edilib, daha 32 rezervuar və boru kəmərinin bir hissəsi zədələnib.

Qeyd edək ki, sözügedən zavod ildə 7,5 milyon tonadək neft emal etmək gücünə malikdir.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR