DOLAR
50,77 ₺
EURO
55,69 ₺
STERLİN
66,76 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Qarabağda 15 yeni məktəbəqədər təhsil müəssisəsi yaradılacaq

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və inkişafı istiqamətində tədbirlər davam…

|
Qarabağda 15 yeni məktəbəqədər təhsil müəssisəsi yaradılacaq

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və inkişafı istiqamətində tədbirlər davam etdirilir.

VOİCEPRESS xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

Bildirilib ki, bu çərçivədə Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərə ərazilərində ümumilikdə 15 məktəbəqədər təhsil müəssisəsinin yaradılması və istifadəyə verilməsi nəzərdə tutulub. Onlardan bir neçəsi artıq fəaliyyətə başlayıb, digərlərində isə açılışa hazırlıq işləri aparılır.

İndiyədək Xocavənd şəhərində 1 nömrəli, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsində, Sos və Quzeyxırman kəndlərində, Ağdam şəhərində 1 nömrəli, Ağdam rayonunun Sarıcalı və Kəngərli kəndlərində, eləcə də Xankəndi şəhərində 2 nömrəli körpələr evi-uşaq bağçaları istifadəyə verilib.

Xocalı rayonunun Təzəbinə, Daşbulaq və Şuşakənd kəndlərində, Xocavənd rayonunun Xanoba kəndində, Ağdərə rayonunun Vəngli, Həsənriz və Aşağı Oratağ kəndlərində yerləşən körpələr evi-uşaq bağçalarının isə yaxın günlərdə açılışı nəzərdə tutulur.

Yeni müəssisələrin istifadəyə verilməsi azad edilmiş ərazilərdə uşaqların məktəbəqədər təhsilə əlçatanlığının artırılması və onların erkən yaşlardan təlim-tərbiyə prosesinə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR