DOLAR
50,77 ₺
EURO
55,69 ₺
STERLİN
66,76 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Azərbaycan və Estoniya XİN rəhbərləri Bakıda görüşdü – Səfirlik açıldı

Noyabrın 27-də Azərbaycanın XİN-in rəhbəri Ceyhun Bayramov ilə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Bakıda görüş keçiriblər.

|
Azərbaycan və Estoniya XİN rəhbərləri Bakıda görüşdü – Səfirlik açıldı

Noyabrın 27-də Azərbaycanın XİN-in rəhbəri Ceyhun Bayramov ilə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Bakıda görüş keçiriblər.

VOİCEPRESS xəbər verir ki, görüşdə Azərbaycan-Estoniya münasibətlərinin hazırkı vəziyyəti, siyasi dialoqun genişləndirilməsi, ticarət və iqtisadi əlaqələrin inkişafı, enerji təhlükəsizliyi, nəqliyyat, rəqəmsallaşma və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Ceyhun Bayramov estoniyalı həmkarına Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi, regionda baş verən son hadisələr, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, eləcə də keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində Bakıda Estoniya Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi də keçirilib. Mərasimdə hər iki ölkənin xarici işlər nazirləri iştirak ediblər. Estoniyanın Azərbaycandakı ilk rezident səfiri Tiina Nirk təyin olunub.

Estoniyanın xarici işlər naziri Marqus Tsahknanın sözlərinə görə, səfirliyin açılması iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsinə, əməkdaşlığın genişlənməsinə, eləcə də Estoniya vətəndaşlarına və şirkətlərinə regionda daha geniş dəstək göstərilməsinə xidmət edəcək.

Qeyd edək ki, Azərbaycan və Estoniya arasında diplomatik münasibətlər 1992-ci il aprelin 20-də qurulub. Bakıda Estoniya səfirliyinin fəaliyyətə başlaması ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ kimi qiymətləndirilir.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR