DOLAR
50,77 ₺
EURO
55,69 ₺
STERLİN
66,76 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Azərbaycan ATƏT-ə sədrlik etməyə dəvət olunub

Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik etmək üçün namizədliyini irəli sürməsi təklif olunub.

|
Azərbaycan ATƏT-ə sədrlik etməyə dəvət olunub

Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik etmək üçün namizədliyini irəli sürməsi təklif olunub.

VOİCEPRESS xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 27-də estoniyalı həmkarı Marqus Tsahkna ilə Bakıda keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, ATƏT məkanında mövcud olan gərgin vəziyyət təşkilata sədrlik edəcək ölkənin seçilməsi ilə bağlı ümumi razılığın əldə olunmasını çətinləşdirir. Bu səbəbdən son həftələrdə məsələ ilə bağlı məsləhətləşmələr intensivləşib və müxtəlif təkliflər irəli sürülüb.

Ceyhun Bayramov qeyd edib ki, yeni yanaşmalardan biri sədrlik məsələsinin ayrı-ayrı illər üzrə deyil, 2027–2029-cu illəri əhatə edən vahid paket şəklində razılaşdırılmasıdır.

Onun sözlərinə görə, Azərbaycan da bu paketə daxil edilib və ölkəmiz təşkilatın gələcəyinə müsbət töhfə verməyə hazır olduğunu bildirib.

Xarici işlər naziri Ermənistanın da həmin paket çərçivəsində adının çəkildiyini diqqətə çatdırıb. O, yekun qərarın ATƏT-ə üzv dövlətlər arasında konsensusun əldə olunmasından asılı olduğunu vurğulayıb.

Qeyd edək ki, ATƏT-in 57 iştirakçı dövləti var. Təşkilatın sədri vəzifəsi rotasiya prinsipi əsasında həyata keçirilir və namizəd ölkə bütün iştirakçı dövlətlərin konsensusunu əldə etməlidir. Hazırda məsələ ilə bağlı müzakirələr davam edir.

Aysel İsgəndərova

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR