DOLAR
50,77 ₺
EURO
55,69 ₺
STERLİN
66,76 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Daha 73 ailə Qarabağa köçürüldü – 271 nəfər doğma yurduna qayıtdı

Azərbaycanda Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam edir.

|
Daha 73 ailə Qarabağa köçürüldü – 271 nəfər doğma yurduna qayıtdı

Azərbaycanda Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam edir.

VOİCEPRESS xəbər verir ki, noyabrın 27-də daha 73 ailə, ümumilikdə 271 nəfər Ağdərə, Xocalı və Xocavənd rayonlarına köçürülüb.

Köç prosesi çərçivəsində Ağdərə rayonunun Vəngli kəndinə 10 ailə (42 nəfər), Çıldıran kəndinə 15 ailə (49 nəfər), Kolatağ kəndinə 2 ailə (6 nəfər), Heyvalı kəndinə isə 1 nəfər köçürülüb.

Xocalı rayonunda Bədərə kəndinə 4 ailə (7 nəfər), Xanyurdu kəndinə 9 ailə (32 nəfər), Xanabad kəndinə isə 8 ailə (33 nəfər) yerləşdirilib.

Xocavənd şəhərinə 7 ailə (30 nəfər), rayonun Quzeyxırman kəndinə isə 17 ailə (71 nəfər) qayıdıb.

Bildirilib ki, doğma yurdlarına qayıdan ailələr indiyədək ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşıblar.

Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası, infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı davam etdirilir.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR