Gürcüstanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
VOİCEPRESS TRT Haber-ə istinadən xəbər verir ki, Gürcüstan səfiri Kalandia Batumidə UEFA Avropa Liqasının “Beşiktaş”-“Hapoel Beer-Sheva” matçında baş verən insidentlə bağlı Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Səfirə baş verən hadisələrə görə etiraz edilib, müxtəlif dəlillər paylaşılıb.
Hadisələrin bütün aspektlərinin hərtərəfli araşdırılması ilə yanaşı, Türkiyə vətəndaşlarına qarşı qeyri-mütənasib güc tətbiqi və müdaxiləyə görə məsul olanlara qarşı lazımi hüquqi tədbirlərin görülməsi tələb olunub.
VOİCEPRESS