DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Türkiyədə mühacirləri daşıyan qayıq batıb, 8 nəfər ölüb

Aralıq dənizinin Türkiyə sahillərində qanunsuz mühacirləri daşıyan qayıq batıb. VOİCEPRESS-in  “Milliyyət” qəzetinə istinadən məlumatına görə, hadisə Muğla…

|
Türkiyədə mühacirləri daşıyan qayıq batıb, 8 nəfər ölüb

Aralıq dənizinin Türkiyə sahillərində qanunsuz mühacirləri daşıyan qayıq batıb.

VOİCEPRESS-in  “Milliyyət” qəzetinə istinadən məlumatına görə, hadisə Muğla vilayətinin Fəthiyə rayonunun baş verib.

15 nəfər qanunsuz mühaciri daşıyan qayığın batması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Dərhal aidiyyəti üzrə axtarış və xilasetmə işlərinə başlanılıb.

Axtarış nəticəsində 3-ü qadın olmaqla, 8 mühacirin meyitləri sudan çıxarılıb. Digərlərin isə axtarışı davam etdirilir. Ölənlərin kimliyi barədə məlumat verilməyib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR