VOİCEPRESS Al Arabiya-ya istinadən bildirir ki, Melanya Tramp bu minvalla Səudiyyə Ərəbistanına səfər edən qərbli qadın dövlət və hökumət başçılarının, habelə birinci xanımların baş bağlamamaqla bağlı “etiraz aksiya”larını dəstəkləyib.
Səudiyyə Ərəbistanındakı qaydalara görə, qadınlar əbayya geyinməli, mütləq başlarını bağlamalıdır.
Melanya Tramp isə Ər-Riyaddakı səfər zamanı mühafizəkar stilli geyimləri seçməklə kifayətlənib.
Qadınların hüquqlarının məhdudlaşdırıldığı Səudiyyə Ərəbistına səfərə yollanan qərbi qadın siyaasətçilər başlarını bağlamayanda bu, artıq siyasi bəyanata çevrilir.
Səudiyyə Ərəbistanının XİN başçısı Adil bin Əhməd əl Cübeyr olayla bağlı sualları cavablayarkən deyib: “Melanya Trampın seçimi onun şəxsi işidir”. Yəni o, durumun qalmaqal yaratmadığına işarə vurub. Lakin bu, Melanyanın başıaçıq olduğunu Ər Riyadda rəsmi şəxslərin görməməsi anlamına gəlmir. Əksinə, hamı gördü.
Almaniyanın kansleri bu ilin mayın 1-də Səudiyyə Ərəbistanında kral Əbdüll Əziz əl Səudla görüşdə başıaçıqdı. Britaniyanın baş naziri Tereza Mey də aprel ayında Ər-Riyadda olanda başını bağlamamışdı.
VOİCEPRESS.AZ