Amerikalı senator rusiyalı naziri təhqir edib. VOİCEPRESS-in “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, senataor Con Makkeyn hesab edir ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun oval kabinetdə işi yoxdur.
O, bu barədə “Fox News Sunday”a açıqlama verib. Senator Lavrovla prezident Donald Trampın bir müddət öncəki görüşünü şərh edib.
Makkeyn rus xarici işlər nazirini “quldur və qatilin oyuncağı”, prezident Vladimir Putini isə “təbliğatçı və yaltaq” adlandırıb. O, Rusiya prezidentini Hələbdəki xəstəxanaları vurmaq üçün ən son silahlardan istifadədə ittiham edib.
O, Rusiyaya qarşı yeni sanksiyaların qüvvəyə minməsinin də tərəfdarı olduğunu gizlətməyib.
Lavrovla Trampın görüşü mayın 10-da baş tutub.
VOİCEPRESS.AZ