Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
VOICEPRESS– in “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, telefon danışığı E. Makronun tələbi əsasında baş tutub.
Tərəflər regionda baş verən prosesləri, o cümlədən Liviya və Suriyada vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.