Bir neçə gün öncə 22 insanın həyatını itirdiyi terror hücumuyla sarsılan Mançesterdə yenə terror həyəcanı verilib. Trafford bölgəsində bir məktəbə çıxan bütün yollar bağlanılıb.
VOİCEPRESS Hürriyet-ə istinadən xəbər verir ki, Mançester polisi gələn bir telefon zəngi sonrası Trafforddakı bir məktəbə gedən bütün yolları bağlanıldığını bildirib.
Polisin açıqlamasında vəziyyətin nəzarətə götürüldüyü və ordu qüvvələrinin də məktəb istiqamətində hərəkət etdiyi deyilib.
VOİCEPRESS.AZ