DOLAR
49,25 ₺
EURO
55,37 ₺
STERLİN
65,34 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Kocaelidə Azərbaycanın Respublika gününə həsr olunmuş tədbir keçirilib

28 May Respublika günü münasibətilə Kocaeli Azərbaycan Mədəniyyət Evində tədbir keçirilib. Cəmiyyətin həyətində ziyafət verilib. Tədbirdə Türkiyə Azərbaycan…

|
Kocaelidə Azərbaycanın Respublika gününə həsr olunmuş tədbir keçirilib

28 May Respublika günü münasibətilə Kocaeli Azərbaycan Mədəniyyət Evində tədbir keçirilib. Cəmiyyətin həyətində ziyafət verilib. Tədbirdə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının Sədri və Kocaeli Azərbaycan Mədəniyyət Evi Dərnəyinin Sədri Bilal Dündar və Böyükşəhər Bələdiyyə başçısı Zəkəriyyə Özak, İzmit Şəhərinin Mer Müavini Güray Oruc, Vilayət Müftisi Yusif Doğan, Derincə kaymakamı Axın Yılmaz, İş Adamı Kəmaləddin Akkurt, Rayon Milli Təhsil Şöbə müdiri Həyatı Ziya, Azərbaycandan gələn professorlar Zərnişan Azeyeva, Asıf Rüstəmli, Dilbər Sultanova, Mahirə Əsədova, Natiq Qasimov və azərbaycanlı vətəndaşlar iştirak edib.

VOİCEPRESS
xəbər verir ki, İstiqlal Marşı ilə Azərbaycan Milli Himninin oxunması ilə başlayan tədbirdə daha sonra Quran ayələri dinlənilib. Vilayət Müftisi Yusif Doğanın rəhbərliyi ilə dualar edilib. Daha sonra çıxış edən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının Sədri Bilal Dündar deyib ki, bu gün həqiqətən tarixdə önəmli bir gündür: ” Qardaş ölkə Azərbaycan Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında qısa müddətli də olsa Respublika olmuşdur. Respublikanın gətirdiyi azadlıq və yeniliklər bir çox ölkə və suveren gücləri qorxudur. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı. Aradan keçən uzun müddət fasiləyə baxmayaraq qəlbində Respublika atəşi sönməyən Azərbaycan Xalqı 1991-ci ildə yenidən müstəqilliyinə qovuşdu. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan dimdik ayaqda durub sürətli addımlarla irəliləyir. Bu ay ulduzlu şanlı bayrağın yaxın zamanda işğal edilmiş Azərbaycanın doğma ata-baba torpaqları olan Qaradağ səmalarında dalğalanacağına kimsə şübhə etmir. Qardaş ölkə Azərbaycanı Respublika günü münsaibəti ilə təbrik edirəm. Allahdan diləyimiz bu iki dövlət arasında olan əlaqələri daha da gücləndirsin. Sizləri sevgi və hörmətlə salamlayıram. Yaşasın Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı!”

Sonra çıxış edən Böyükşəhər Bələdiyyə Başçısının vəkili Zəkəriyyə Özak iki dövlətin bütün çətinliklərə baxmayaraq illərdir isti münasibətlərini qoruyub saxlamasından danışıb: “İllər öncə cənab prezidentimiz bizim mərkəzə ehtiyacımız var dedikdə heç tərəddüd etmədən bu mədəniyyət mərkəzini təsis etdik. Bizlər Böyükşəhər Bələdiyyəsi kimi, yenə əlimizdən gələni edəcəyimizi bildirmək istəyirəm. Neçə-neçə 99-cı illər arzulayıram”

Derince kaymakamı Axın Yılmaz isə öz çıxışında bildirib ki, ölkələr arasında əlaqələr olar, ikitərəfli münasibətlər qurular və davam edər: “Lakin Azərbaycan Türkiyə münasibətləri çox fərqlidir. Bizim münasibətlərimizdə qardaşlıq duyğusu ön plandadır. Biz iki dövlət, bir millətik. Ramazan ayının hər iki müsəlman dövlətinə xeyirli-uğurlu olması diləyi ilə hər birinizi təbrik edirəm”.

Tədbir bir sıra müasir və folklor musiqilərlə davam edib.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR