Enes Barakat: “Ölənlərin çoxu uşaqdır”
Suriyanın şimalındakı İdlib vilayətində Bəşər Əsəd qüvvələri kimyəvi silahlardan istifadə edib.
VOİCEPRESS-in məlumatına görə, Suriya vətəndaş müdafiə qrupunun səlahiyyətlisi Enes Barakat Anadolu agentliyinə açıqlamasında bildirib ki, kimyəvi silah hücumu nəticəsində onlarla dinc sakin ölüb.
“Hücum zamanı 43 mülki ölüb, 215 nəfər isə qazdan zəhərlənib. Ölənlər arasında çoxlu uşaq var”, – deyə Enes Barakat bildirib.
VOİCEPRESS.AZ