DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar

Azərbaycan vətəndaşları ADY-nin veb-saytı və "ADY Mobile" tətbiqində şəxsi kabinetlərini mygov ID vasitəsilə verifikasiya etməlidirlər.

|
Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar

Azərbaycan Dəmir Yolları (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında sərnişin maraqlarının qorunması və mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə yeni verifikasiya qaydaları tətbiq edir.

Bu barədə Voicepress-ə ADY-dən məlumat verilib.

"Azərbaycan vətəndaşları ADY-nin veb-saytı və "ADY Mobile" tətbiqində şəxsi kabinetlərini mygov ID vasitəsilə verifikasiya etməlidirlər", - məlumatda bildirilib və əlavə edilib ki, FİN kod daxil edildikdən sonra zəruri məlumatlar avtomatik əks olunacaq.

Bilet almaq üçün verifikasiyanın tamamlanması mütləqdir:

"Xarici ölkə vətəndaşları isə verifikasiya üçün vətəndaşı olduqları ölkənin adını və telefon nömrəsini daxil edərək OTP kod vasitəsilə təsdiqləməlidirlər.

"ADY Mobile"da verifikasiyadan keçmək üçün saat 00:00-dan sonra tətbiqi yeniləməyi unutmayın".

Voicepress

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR