DOLAR
49,25 ₺
EURO
55,37 ₺
STERLİN
65,34 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Dünya bu fotodan danışır-Müsəlman və yəhudidən dünyaya birlik dərsi

Bir neçə gün öncə Böyük Britaniyanın Mançester şəhərində konsert salonunda baş verən terror aktının qurbanları anılmağa davam edir. VOİCEPRESS-in məlumatına…

|
Dünya bu fotodan danışır-Müsəlman və yəhudidən dünyaya birlik dərsi


Bir neçə gün öncə Böyük Britaniyanın Mançester şəhərində konsert salonunda baş verən terror aktının qurbanları anılmağa davam edir. VOİCEPRESS-in məlumatına görə, partlayış nəticəsində ölən 22 nəfərin xatirəsinə adıçəkilən şəhərin müxtəlif yerlərində anım tədbirləri keçirilir. Bu anım zamanı lentə alınan bir foto dünyanın gündəminə düşüb.

Müsəlman və yəhudinin bir-birini təsəlli etməsi əsl həmrəylik nümunəsi hesab edilib. Qurbanların xatirəsinə evlərinin həyətinə gül dəstəsi qoyan yəhudi qadın Rene Raşel Blakı müsəlman Sadiq Patel təsəlli edib. Onların bir-birini qucaqlaması günə damğa vuran fotolardan olub.

İngiltərənin “The Independent” qəzeti bu görüntünü “birliyin simvolu” adlandırıb.

Sadık Patel xatirə mərasimində kədərli yaşlı qadına yaxınlaşaraq onunla birlikdə dua edib, daha sonra onun qoluna girərək gəzməyinə kömək edib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR