VOİCEPRESS Xinhua-ya istinadən bildirir ki, “Şandun”un suya salınması mərasimində Çinin Mərkəzi Hərbi Şurasının sədr müavini Fan Çanlun da iştirak edib.
Kreyser Çinin şimal-şərqindəki Dalyan limanında yerləşən “Dalian Shipbuilding Industry Company” şirkətinin tərsanəsində inşa olunub. İnşaat 3 il çəkib.
Dalyanda 35 J-15 qırıcısı olacaq.
Defense News-un məlumatına görə, “Şandun”un su tutumu 59500 ton, eni 75 metr, uzunu 304 metr, sürəti 29 knot, hərəkət uzunluğu isə 8 min dəniz milidir.
“Şandun” Cənubi Çin dənizində olacaq. Çin buradakı Haynan adasında atom sualtı qayıqlarını bazasını yerləşdirib.
“Şandun”un istifadəyə verilməsi aviadaşıyıcı gəmilər komponenti baxımından Çinin Rusiyanı keçməsi deməkdir.
VOİCEPRESS.AZ