İnsan haqqları dərnəyi (İHD), İstanbulun ən əhəmiyyətli meydanlarından biri Sultanəhməd meydanında Erməni soyqırımında həyatını itirənlər üçün anım mərasimi təşkil edildi. Həyata keçirilən anma mərasiminə İHD üzvlərindən başqa Avropadan və dünyanın müxtəlif regionlarından gələn Ermənilərdə qatılmışdı. Ələrində qərənfilər olan aktivistlər, 1915-ci ildə həyatını itirənlərin şəkillərini daşıyaraq “Erməni Soyqırımını tanı, üzr istə, zərərin əvəzini ödə” yazılı pankartlar açmışdılar.
Anım mərasiminə qatılan İnsan Haqqları Dərnəyi İstanbul Şöbəsi İrqçilik və Ayrıseçkiliyə Qarşı Komissiya üzvü Meral Çılqın bəyanatla çıxış etdi.
“Bu gün 24 apreldə Erməni Soyqırımının qurbanlarını yad edir, təqsirkarların nəvəsi olaraq utancımızı dilə gətirir, inkara son deyə danışdı. Çılqın bundan başqa Ənvər və Talat Paşa adlarının məktəb, prospekt, küçə adı olaraq istifadə olunmasını tənqid edərək “İHD İstanbul Şöbəsi İrqçiliyə və Ayrıseçkiliyə qarşı Komissiya olaraq bizlər Talat Paşanın Azadlıq Abidəsi ilə şərəfləndirilməsini və müqqədəsləşməsini rədd edirik. Soyqırımın soyuqqanlı memarı Talat Paşanın adıyla təchiz olunmuş bir şəhərdə heç bir şey olmamış, hər şey yolundaymış kimi yaşamağı, bunun normalaşdırılmasını və adiləşdirilməsini rədd edirik.”
VOİCEPRESS.AZ