İyunun 31-də Ankarada Sərhəd Diviziya komandiri, general-mayor Aydoğan Aydın üçün vida mərasimi təşkil olunub.
VOİCEPRESS xəbər verir ki, vida mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, hökumətin digər üzvləri, millət vəkilləri, siyasi partiya rəhbərləri, ölkə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.
Qeyd edək ki, şəhid general-mayor Aydoğan Aydını mayın 31-də Ankara vaxtı ilə 20.55-də Türkiyənin Şırnak vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan 13 hərbçi arasında olub. Digər şəhidlər üçün də vida mərasimləri təşkil olunub.
VOİCEPRESS.AZ