Türkiyə dəhşətli yanğın xəbəriylə sarsılıb.
Hakkarinin Yüksekova mahalındakı bir jandarma bölməsində baş verən yanğında, tüstüdən zəhərlənən 14 əsgər xəstəxanaya çatdırılıb.
VOİCEPRESS xəbər verir ki, vali Cüneyit Orhan Toprak AA müxbirinə etdiyi açıqlamada mahala 10 kilometr məsafədəki Qamışlı kəndində yerləşən jandarma bölməsində qeyri-müəyyən səbəblərdən yanğın baş verdiyini qeyd edib.
Toprak: “Yanğın tamamilə söndürüldü. Yaralı yoxdur. Tüstüdən zəhərlənən 14 topçu xəstəxanaya gətirilib. Hayati təhlükələri yoxdur”.
VOİCEPRESS.AZ