Terrorçular Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda əməliyyat aparan hərbçilərə atəş açıblar.
VOİCEPRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, atışmadan sonra silahlılar dərhal meşəlik əraziyə qaçıblar. Hazırda onların tutulması üçün əməliyyat-axtarış tədbirləri davam edir.
Terrorçuların 4 nəfər olduğu bildirilir.
VOİCEPRESS.AZ