DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

“Toyota” 3,4 milyon avtomobili texniki nasazlıq səbəbindən geri çağırıb

Yaponiyanın “Toyota Motor Corp” şirkəti təhlükəsizlik yastıqlarının qəza zamanı açılmaması ilə bağlı elektron nasazlığı səbəbindən 3,4 milyon avtomobili geri…

|
“Toyota” 3,4 milyon avtomobili texniki nasazlıq səbəbindən geri çağırıb

Yaponiyanın “Toyota Motor Corp” şirkəti təhlükəsizlik yastıqlarının qəza zamanı açılmaması ilə bağlı elektron nasazlığı səbəbindən 3,4 milyon avtomobili geri çağırdığını açıqlayıb.

VOICEPRESS “TASS” agentliyinə istinadən xəbər verir ki, şirkətin açıqlamasına görə, geri çağırış ABŞ-da olan 2,9 milyon nəqliyyat vasitələrinə şamil edilir. Bunlar “Corolla” (2011-2019-cu illər), “Matrix” (2011-2013-cü illər), “Avalon” (2012-2018-ci illər) və “Avalon Hybrid” (2013-2018-ci illər) modelləridir.

Bildirilir ki, bu avtomobillərdə elektrik müdaxiləsinə qarşı kifayət qədər müdafiəyə malik olmayan elektron idarəetmə bloklayıcısı quraşdırılıb ki, bu da qəza hallarında təhlükəsizlik yastıqlarının düzgün işləməməsinə səbəb ola bilir.

Bununla əlaqədar “Toyota”nın avtomobil servis mərkəzlərində mütəxəssislər belə hallara qarşı xüsusi mühafizə quraşdıracaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR