DOLAR
49,25 ₺
EURO
55,37 ₺
STERLİN
65,34 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Terrora dəstək verən deputata cəza kəsildi – VİDEO

Türkiyə parlamentinin terrorla bağlı istintaq çərçivəsində saxlanılan deputatı Besimə Qönçə məhkəmə qərarı ilə azadlıqdan məhrum edilib.VOİCEPRESS apa.tv-ə…

|
Terrora dəstək verən deputata cəza kəsildi – VİDEO

Türkiyə parlamentinin terrorla bağlı istintaq çərçivəsində saxlanılan deputatı Besimə Qönçə məhkəmə qərarı ilə azadlıqdan məhrum edilib.

VOİCEPRESS apa.tv-ə istinadən xəbər verir ki, məhkəmə prosesi Batman Ağır Cəza Məhkəməsində keçirilib.

Prokuror kifayət qədər dəlillərin olduğunu bildirib və məhkəmədən deputatın azadlıqdan məhrum edilməsini xahiş edib. Besimə Qönçənin özü isə ittihamları rədd edib və bəraət istəyib.

Çıxışlardan sonra məhkəmə Besimə Qönçənin terror təşkilatının təbliğatını aparmaq ittihamı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

Qeyd edək ki, Xalqların Demokratik Partiyasından deputat seçilən Besimə Qönçə daha əvvəl həbs edilsə də, mayın 3-də azadlığa buraxılmışdı. Lakin prokurorluğun protestindən sonra yuxarı instansiya məhkəməsi onun yenidən həbsinə qərar vermiş və Besimə Qönçə mayın 29-da hava limanında tutulmuşdu.


VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR